Dünya

Ukrayna ilə bağlı bu planlar son dərəcə təhlükəlidir - RƏSMİ MOSKVA

19 Yanvar 2022 11:18
0 Şərh     Baxış: 873
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ və Böyük Britaniyanın Ukraynanı silahla, o cümlədən portativ hava hücumundan müdafiə sistemləri ilə təmin etmək planları son dərəcə təhlükəlidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, Qərbin sözügedən addımı regionda gərginliyi daha da artıracaq:

"Bütün bunlar Ukrayna torpaqlarında təkcə müdafiə deyil, həm də hücum xarakterli müxtəlif silahların tədarükçülərinin fəallaşması ilə bağlı narahatlığımıza uyğundur. Üstəlik, portativ hava hücumundan müdafiə sistemləri də burada sual altındadır. Bu sistemlər ayrıca silah növüdür, istifadəsi beynəlxalq hüquqla tənzimlənir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.