Dünya

Nazarbayevin qızının İsveçrədə 63 milyon dollarlıq qəsr aldığı üzə çıxdı - FOTO

18 Yanvar 2022 08:38
1 Şərh     Baxış: 1 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dinara Kulibayeva Cenevrə gölünün sahilində dəbdəbəli malikanə alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəsrin qiyməti dəyəri 62 milyon frank təşkil edib ki, bu da indiki məzənnə ilə təxminən 63 milyon dollar deməkdir.

Dəbdəbəli qəsr "Chateau Bellerive" kimi tanınır. Onun tikintisi 17-ci əsrin ortalarında başlayıb. O, İsveçrənin ən prestijli və bahalı yerlərindən birində - Cenevrə gölünün sahilində yerləşən Kollonj-Belriv kommunasında yerləşir. Bina İsveçrənin milli irs obyektləri siyahısına daxil edilib və rəsmi olaraq mədəniyyət abidəsi kimi tanınıb.

Malikanə yaxın vaxtlara qədər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışmış və uzun müddət Cenevrədə yaşamış Şahzadə Sədruddin Ağa Xanın varislərinin mülkü olub.

Qəsr üç il əvvəl satışa çıxarılıb, onun ilkin dəyəri 120 milyon dollar olub. Bu məbləğə alıcı olmadığına görə qiymət bir neçə dəfə aşağı salınaraq son nəticədə 63 milyon dollar təşkil edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.