Bu ölkədə misli görünməmiş inflyasiya qeydə alınıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2021-ci ildə bir sıra ölkələrdə inflyasiyanın son onillikdə rekord göstəriciləri qeydə alınıb. Argentina bu göstərici üzrə həmin ölkələrin demək olar ki, hamısını "geridə qoyub".
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2021-ci ildə bu ölkədə istehlak qiymətləri indeksi 50,9 faizə bərabər olub. Bu, Braziliya ilə müqayisədə (10,6 faiz) beş dəfə, Çili ilə müqayisədə (7,2 faiz) yeddi dəfə, Boliviya ilə müqayisədə (0,9 faiz) 50 dəfə çoxdur. Yeri gəlmişkən, Boliviyada inflyasiya göstəricisi Latın Amerikası regionunda ən aşağı səviyyədə olub. Hiperinflyasiya ilə bağlı ciddi iqtisadi böhranla üzləşmiş Venesuelada isə istehlak qiymətləri indeksi 700 faizə yaxındır.
2021-ci ildə Argentina hökuməti mal əti ixracını məhdudlaşdırıb və daxili bazarda qiymətləri nəzarətə alıb, lakin bu da faydasız olub: son bir ildə ət 60,6 faiz bahalaşıb. Bu, ümumi inflyasiya ilə müqayisədə təqribən 10 faiz bəndi qədər çoxdur.
Argentinada inflyasiyanın yüksək olmasına səbəb çoxdur. Lakin iqtisadçıların fikrincə, əsas səbəb odur ki, ölkə qazandığından çox xərcləyir. Son 50 ildə yalnız altı dəfə - 2003-2008-ci illərdə büdcə kəsiri olmayıb. Həmin dövrdə xammalın rekord qiymətləri profisitin xeyli artmasına səbəb olub.
Argentinada bir-birini əvəz edən hökumətlər xərclərin öhdəsindən gəlmək üçün borca düşməyi və ya pul emissiyasını üstün tutublar. Birinci strategiya Argentina tarixi ərzində doqquz dəfə defolt ilə nəticələnib. Hazırda hökumət onuncu defoltdan yaxa qurtarmaq üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır.
İnflyasiyanın yüksək olmasına bir növ adət etmiş şirkətlər öz gəlirlərini saxlamaq üçün əvvəlcədən ehtimal edilən qiymət artımından sığortalanırlar. Həmkarlar İttifaqları işçilərin alıcılıq qabiliyyətini dəstəkləmək üçün əməkhaqqının artırılmasını tələb edirlər və beləliklə "qüsurlu dairə" yaranır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)





