Dünya

Özbəkistanda “Omikron” aşkarlandı: Ölkəyə giriş qaydaları dəyişdirildi

10 Yanvar 2022 10:06
0 Şərh     Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib ki, bazar günü ölkədə koronavirusun "Omikron" ştammı ilə ilk yoluxma halı qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, koronavirusla mübarizə üzrə respublika xüsusi komissiyasının iclasında COVID-19-a yoluxma hallarının artdığı, bu xəstəliyə qarşı zəruri tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edilib. Həmçinin, yeni ştammın aşkarlanmasıyla ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndiriləcəyi vurğulanıb.

İclasdan sonra nazirliyin tövsiyyəsi əsasında artıq ölkəyə giriş qaydaları dəyişdirilib. Bundan sonra Özbəkistan ərazisinə daxil olmaq istəyən şəxslərdən son 72 saat ərzində deyil, son 48 saat ərzində verilmiş PCR testin nəticələri tələb olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.