Dünya

Qazaxıstanda baş verənlərin ssenarisi əvvəlcədən hazırlanmışdı? - VİDEO

9 Yanvar 2022 12:07
1 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan qonşuları olan digər Orta Asiya dövlətlərindən qat-qat yüksək səviyyədə inkişaf etmişdi. Burada sosial vəziyyət yaxşılaşdırılmış, ordu isə gücləndirilmişdir. Ancaq əvvəlki nizam-intizamın, sabitliyin hökm sürdüyü Qazaxıstan indi hansı vəziyyətə düşdü? Bu ölkədə nə baş verir? Qazaxıstan rəhbərliyi dünya ictimayyətinin təəccübünə səbəb olan qərarları niyə qəbul edib?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzuya münasibət bildirən millət vəkili Fazil Mustafanın sözlərinə görə, Qazaxıstanda sosial vəziyyətin yaxşı olduğu, eyni zamanda, ölkədə intellektual gəncliyin yetişdiyi bir vaxtda birdən-birə belə hadisələrin yaşanması bu ölkəyə qarşı hazırlanan ssenarilərdən xəbər verir.

Hadisələrin başlanmasına qısa nəzər salsaq görərik ki, əvvəlcə maye qazla bağlı etirazlar olur, sonra siyasi tələblər irəli sürülür, daha sonra isə təxribatlar ortaya çıxır. Bundan sonra Qazaxıstan rəhbərliyi vətəndaşlarla dialoqa gediləcəyi açıqlamasını verir. Hətta  hökumət belə istefaya göndərilir. Qısa vaxt keçəndən sonra etiraz edənlər terrorist adlandırlır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yardım üçün müraciət edilir. Qazaxıstan rəhbərliyi özünün 100 mindən çox hərbçinin olduğu silahlı qüvvələrindən istifadə etməyərək, xaricə üz tutur. Məğlub ölkə olan Ermənistanın baş nazirindən yardım edilməsi xahiş olunur.

Qeyd edək ki, təşkilatın nizamnaməsinə əsasən, üzv dövlətlərdən birinin sərhədlərinə müdaxilə olduğu təqdirdə sülhməramlı missiya işə düşməli idi. Ancaq burada da Qazaxıstana girmək üçün KTMT-nin nizamnaməsi pozulmuş oldu.

Fazil Mustafa hesab edir ki, Qazaxıstanın indiki rəhbərliyinin sülhməramlı adı ilə öz ölkəsini işğala məruz qoyması, bu ölkənin müstəqilliyinə, etibarına və xarici siyasətdə davranışına mənfi təssir göstərəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.