Dünya

12-ci dozanı vurdurmağa hazırlaşan qoca ifşa olundu

8 Yanvar 2022 10:54
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda 84 yaşlı kişi digər insanların şəxsiyyət vəsiqələri və telefon nömrələrini istifadə edərək özünə 11 doza peyvənd vurdurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda yaşlı kişinin peyvənd xidməti göstərən mərkəzləri necə ustalıqla aldada bilməsi araşdırılır.

Brahmadeo Mandal adlı qocanın  yalnız 12-ci dozanı vurdurmağa hazırlaşarkən ifşa edildiyi bildirilir.

Sorğu-sual edilən qoca peyvəndin faydasını hiss etdiyini, məhz bu səbəbdən də təkrar-təkrar vaksin vurdurmaq qərarı verdiyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.