Dünya

ABŞ-ın Türkiyə üzərindəki üç hədəfi - Güllər

4 Yanvar 2022 15:45
0 Şərh     Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-Türkiyə münasibətləri baxımından Vaşinqtonun üç hədəfi var.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Cümhuriyyət" qəzetinin yazarı Mehmet Əli Güllər "ABŞ-ın Türkiyə siyasəti və üç hədəfi" adlı məqaləsində bildirib.

"Birincisi, ABŞ Türkiyə-Rusiya əməkdaşlığının inkişafına, ikincisi, Türkiyə-Rusiya-İran Astana platformasının institutlaşmasına, üçüncüsü isə Türkiyə və Suriyanın normallaşmasına mane olmağa çalışır.

ABŞ üçün Türkiyə-Rusiya əməkdaşlığının inkişafı Ukrayna və Qara dəniz strategiyasının, Türkiyə-Rusiya-İran əməkdaşlığının institutlaşması Yaxın Şərq, Qafqaz və Orta Asiya planlarının, Türkiyə-Suriya münasibətlərinin normallaşması da PYD dövlət hədəfinin qarşısındakı kritik maneələrdir.

Buna görə də ABŞ bu üç münasibəti pozmağa yönəlmiş siyasi təxribat həyata keçirir", - məqalədə bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.