Dünya

Hava şəraiti Ağ Evin fəaliyyətinə təsir edib

3 Yanvar 2022 20:35
0 Şərh     Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın paytaxtı Vaşinqtonda bu qış ilk dəfə qar çovğunu olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Milli Meteoroloji Büro avtomobil sürücülərini qar fırtınası ilə bağlı xəbərdar edib.

Bildirilib ki, bazar ertəsi günortadan sonra 30 sm-ə qədər qar yağıntısı gözlənilir.

Proqnoza görə, mənfi dərəcə həftənin sonuna qədər davam edəcək.

Səlahiyyətlilər həmçinin bildiriblər ki, paytaxtın mərkəzi hissəsində qar yağması səbəbindən federal təşkilatların ofisləri bağlanıb, yalnız fövqəladə hallar üzrə xidmətin əməkdaşları işləyirlər.

Vaşinqtonda bir çox məktəb də bağlanıb. Əlverişsiz hava şəraiti hətta Ağ Evin fəaliyyətinə təsir edib. Mətbuatın yazdığına görə, çovğun səbəbindən bazar ertəsi Ağ Evdə keçirilməsi planlaşdırılan brifinq ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.