Dünya

Gürcüstanda son sutkada 2 mindən çox yoluxma qeydə alındı

1 Yanvar 2022 16:53
0 Şərh     Baxış: 512
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanda son sutkada daha 2 103 nəfər koronavirusa yoluxub, 60 nəfər isə xəstəliyin qurbanı olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 936 min 844-ə, müalicə olunaraq sağalanların sayı 896 min 868-ə, bu virusdan ölənlərin sayı isə 13 min 860-a çatıb.

Hazırda ölkədə 832 nəfər klinik hotellərdə, 4495 nəfər stasionarda, 57 nəfər isə karantin rejimindədir.
Ölkədə 2021-ci ilin dekabrın 31-dək 2 milyon 514 min 871 nəfər vaksinasiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.