Dünya

Ermənistanda İrəvan-İstanbul uçuşlarına rəsmi icazə verildi

30 Dekabr 2021 19:20
0 Şərh     Baxış: 1 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Mülki Aviasiyası Ermənistanın "Flyone Armenia" aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirməyə icazə verib.

Milli.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Aram Ananyan bildirib.

"Flyone Armenia" bir neçə gün əvvəl Ermənistan və Türkiyənin aviasiya rəhbərliyinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərinin yerinə yetirilməsi üçün icazə almaq xahişi ilə müraciət edib. Ermənistanın Mülki Aviasiya Komitəsinə bu məsələyə müsbət yanaşmasına görə təşəkkür edirik", - Ananyan qeyd edib. 

O vurğulayıb kİ, şirkət hazırda Türkiyə tərəfinin icazəsini gözləyir.

Xatırladaq ki, dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin açılması üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxır. Dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur nazirinin bəyanatına əsasən, Türkiyənin "Pegasus" aviaşirkəti İrəvana uçuşlar həyata keçirəcək. Türkiyə tərəfi hələlik uçuşların vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.