Dünya

Xəstəxanada HADİSƏ: Tüfənglə gələn həkim atəş açdı - FOTO

29 Dekabr 2021 12:54
0 Şərh     Baxış: 1 892
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Stavropol vilayətinin Svetloqrad şəhərində sərxoş həkim xəstəxanada dava salıb.

O, eyni xəstəxananın həkimi olan keçmiş arvadı ilə məişət məsələsini həll etməyə çalışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tüfənglə xəstəxanaya daxil olan 36 yaşlı cərrah-anestezioloq otaqlardan birinə girərək atəş açıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb; bütün güllələr divara və tavana tuş gəlib. Bundan sonra həmin şəxs silahı divanın altında gizlədib.

Hüquq-mühafizə orqanları çox çevik reaksiya verib, təhlükəli vətəndaş saxlanılıb.

Vəziyyətin nəzarət altında olduğu bildirilir. Hadisənin baş vermə şəraiti aydınlaşdırılır, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.