Dünya

9 saat liftdə qalan 90 yaşlı qadını nəvəsi "xilas" etdi

27 Dekabr 2021 12:58
0 Şərh     Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Leninqrad vilayətində itkin düşdüyü güman edilən 90 yaşlı qadın Anuzə Sidorova 9 saat sonra liftdə tapılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Koltuşi kəndində baş verib.

O, gəzintidən evə qayıdarkən liftə minib və texniki nasazlıq üzündən mənzilə qalxa bilməyib. Yaşlı qadının evə gəlmədiyini görən yaxınları polisə məlumat verib.

Axşam saatlarında nəvəsi liftdən nənəsinin öskürəyini eşidib və idarəetmə şirkətinə zəng edib. Bundan sonra lift işə salınıb və təqaüdçü xilas edilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıb. Bildirilib ki, bütün detallar və səbəblər müəyyən ediləcək, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.