Dünya

Aralıq dənizində 273 miqrant xilas edilib

25 Dekabr 2021 23:43
0 Şərh     Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Sea-Watch" qeyri-hökumət təşkilatı Aralıq dənizində növbəti xilasetmə əməliyyatını həyata keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, QHT-yə məxsus xilasetmə gəmisi İtaliyanın Lampeduza adası yaxınlığında batmaqda olan qayıqlara kömək göstərib. Heç bir standarta uyğun gəlməyən 3 qayıqdan 180 nəfər xilas edilərək sahilə çıxarılıb. Eyni gündə sahildən 38 mil aralıda batmaqda olan qayığa yardım edilib. Qayıqdakı 93 sərnişin gəminin göyərtəsinə qaldırılıb.

Sutka ərzində xilas edilənlərin ümumi sayı 273 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.