Dünya

2021-ci ildə 150 ​​minə yaxın yəmənli evlərini tərk edib - BMT

24 Dekabr 2021 12:54
0 Şərh     Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ildə Yəməndə baş verən şiddətli döyüşlər səbəbindən 150 minə yaxın vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) tviter səhifəsində məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, bu il əksəriyyəti Marib, Taiz və Hudeydadan olan təxminən 150 min yəmənli evlərini tərk edib.

Yəmən hökuməti bildirib ki, müharibə başlayandan bu günədək məcburi köçkünlərin sayı 4,1 milyon nəfərə çatıb.

Ölkədə 2014-cü ilin sentyabrından silahlı qarşıdurma davam edir. Husilər paytaxt Səna da daxil olmaqla ölkənin qərbində geniş əraziləri ələ keçirib. Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.