Dünya

Rusiyalı qadınla evlənmək istəyən azərbaycanlının ümidləri puç oldu

23 Dekabr 2021 09:30
0 Şərh     Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Tümen şəhərinin qadın sakini Azərbaycandan olan miqrantla əvvəldən əldə edilmiş razılıq əsasında nikaha daxil olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, 24 yaşlı azərbaycanlı Rusiyada müvəqqəti yaşamaq icazəsi almaq məqsədi ilə 32 yaşlı rusiyalı qadına evlənməyi təklif edib.

Kişi bunun müqabilində qadının evini ödənişsiz təmir edəcəyini, hətta ona maddi yardım göstərəcəyinə də söz verib.

Qadın da öz növbəsində bu təklifə isti yanaşıb. Lakin prokurorluq nikahı etibarsız hesab edib.

Kalinin rayon İnzibati Dairəsinin Prokurorluğu məhkəməyə müraciət edərək nikahın etibarsız sayılmasını tələb edib.

İş məhkəmədə araşdırılıb. Nəticədə məhkəmə hüquq-mühafizə orqanlarının iddiasını təmin edib.

Nikah etibarsız elan edilib və tezliklə nikah rəsmi qaydada ləğv ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.