Dünya

Braziliyada dördüncü doza qərarı

22 Dekabr 2021 22:04
0 Şərh     Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada zəif immunitetə sahib pasiyentlər COVID-19 əleyhinə vaksinin üçüncü dozası ilə peyvəndləndikdən dörd ay sonra dördüncü doza vurdura bilərlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Braziliyanın Səhiyyə Nazirliyi elan edib. Vaksinin buster dozasının 18 yaşdan yuxarı, əsas qrafik üzrə üç doza ilə (iki doza və əlavə doza) peyvəndlənən, zəif immunitetə malik bütün şəxslərə dörd aydan sonra tətbiq edilməsi tövsiyə olunub.

Bu qərar xüsusən ağır immunodefisitə malik insanlara və kimya terapiyası keçən pasiyentlərə aid ediləcək.

Braziliyanın Səhiyyə Nazirliyi, həmçinin əhali üçün bütövlükdə ikinci və üçüncü dozalar arasındakı intervalın müddətini beş aydan dörd ayadək azaldıb.

Bundan başqa, Braziliya hökuməti Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı vasitəsilə Latın Amerikası, Karib hövzəsi və Afrika ölkələrinə 10 milyon doza COVID-19 əleyhinə vaksinin təmənnasız veriləcəyini bildirib.

Qeyd edək ki, son aylar Braziliyada immunlaşdırılma tempi artıb, əhalinin 66,1 faizi COVID-19 əleyhinə vaksinlənmənin tam sxemini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.