Dünya

Avropada qazın qiyməti yenidən 1 700 dolları ötüb

20 Dekabr 2021 18:12
0 Şərh     Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 700 ABŞ dollarını ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, 20 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 740 dollar təşkil edib, bu da ötən günün hərracların bağlanışında qeydə alınan qiymət ilə müqayisədə 8,7% çoxdur.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.