Dünya

"Azərbaycanın mübarizəsində sona qədər yanında olacağıq" - Hulusi Akar

16 Dekabr 2021 23:03
0 Şərh     Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyə Silahlı Qüvvələri dost və qardaşlarının hüquq və mənafelərini izləmək və qorumaq üçün mübarizəsini davam etdirəcək".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə Böyükşəhər Bələdiyyəsi Məclis Salonunda etdiyi çıxışında deyib.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və sərhədlər xaricində mübarizəsini davam etdirdiyini qeyd edib.

"Azərbaycanın "gecə-gündüz", "dağ-təpə", "yay-qış" demədən "Ölsəm şəhid, qalsam qazi" anlayışı ilə mübarizəsində sona qədər yanında olacağıq", - H.Akar bildirib.

Hulusi Akar Cümhuriyyət tarixinin ən gərgin əməliyyat dövrünün yaşandığını əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.