Dünya

2022-ci ildə qlobal iqtisadiyyatı gözləyən 5 əsas risk

14 Dekabr 2021 12:12
0 Şərh     Baxış: 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Blumberq" agentliyi 2022-ci ildə qlobal iqtisadiyyatın əsas riskləri ilə bağlı proqnozunu açıqlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, agentlik ilk 5 əsas riski sistemləşdirib.

1. Koronavirusun Omikron ştammının yayılması - əgər onun digərlərindən daha təhlükəli olduğu ortaya çıxsa, dünya iqtisadiyyatı 4,2 faizə qədər ləngiyə bilər, əks halda iqtisadi artım 5,7 faiz ola bilər.

2. Rusiya ilə Ukrayna arasında gərginlik qazın bahalaşmasına səbəb ola bilər.

3. Təbii fəlakətlər ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq.

4. ABŞ Federal Ehtiyat Sisteminin baza faiz dərəcəsini artırması inkişaf etməkdə olan bazarlardan kapital axınının azalması ilə nəticələnəcək.

5. Tayvan ətrafında hər hansı bir eskalasiya Çin və ABŞ arasında müharibəyə səbəb ola bilər və ya adanın yarımkeçirici istehsalını çökdürə və bütün bazara təsir edə biləcək sanksiyalarla nəticələnə bilər.

Qeyd olunur ki, bütün bunlara baxmayaraq, ekspertlərin əksəriyyəti iqtisadiyyatın inamlı bərpasını, qiymətlərin aşağı düşəcəyini və hökumətlərin fövqəladə pul siyasətindən çıxmasını gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.