Dünya

Türkiyədə daha 171 nəfər koronavirusdan vəfat edib

13 Dekabr 2021 23:45
0 Şərh     Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 171 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 351 536 nəfərin test edildiyi, 18 796 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 23 242 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 804 033 peyvənd tətbiq edilib ki, bunun 91,10 faizi birinci, 82,10 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.