Dünya

Gürcüstanda kilsədən qiymətli ikona oğurlanıb

13 Dekabr 2021 23:25
0 Şərh     Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın şərqində, Gurcaani rayonunun Çumlaki kəndindəki qədim kilsə qarət olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oğrular çox qiymətli "Tanrı anası" ("Boqomateri") ikonasını oğurlayıblar.

Kilsə xidmətçisi Uça Kemaşvili deyib ki, bu, birinci hal deyil. Cinayətkarlar keçən il Müqəddəs Qeorqi kilsəsindən ikona oğurlayıblar.

Gurcaani bələdiyyəsi ərazisindəki kilsələrdən ümumilikdə dörd belə qiymətli ikona oğurlanıb. Lakin bu cinayətlərə görə indiyədək heç kim saxlanılmayıb.

Oğurlanan əşyaların çox qiymətli olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.