Dünya

Sürücü avtomobilini uşaqların üstünə sürdü - Ölən və yaralananlar var - FOTO

11 Dekabr 2021 09:36
0 Şərh     Baxış: 1 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaloforniya ştatında 87 yaşlı sürücünün törətdiyi qəzada 9 yaşlı qız ölüb, daha 3 uşaq isə yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Desert-Hot-Sprinqs şəhərində baş verib.

"Cadillac" markalı avtomobili idarə edən 87 yaşlı kişinin idarə etdiyi maşın əvvəlcə arxadan məktəbliləri daşıyan avtobusa çırpılıb. Sonra avtomobil dörd məktəblinin getdiyi səkiyə çıxaraq onları vurub.

Hadisə nəticəsində 9 yaşlı qız aldığı xəsarətlərdən yerindəcə keçinib, 8 yaşlı oğlan və 11-12 yaşlarında iki qız xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Sürücü "qəsdən adam öldürmək" maddəsi ilə şübhəli bilinərək həbs edilib.

Faciənin başvermə səbəbləri araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.