Dünya

İlon Mask işdən çıxıb “influencer” olacaq?

10 Dekabr 2021 23:30
0 Şərh     Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask tvitləri ilə bir anda dünya bazarına təsir etmə gücünə sahibdir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Mask yeni tvitində 65,8 milyon izləyicisindən işi tərk etmək və diqqətini sosial mediaya yönəltmək ideyası haqqında nə düşündüklərini soruşub.

"İşimdən ayrılıb və tam iş saatlı sosial mediada "influencer" (sosial şəbəkələrlə təsir gücünə malik şəxslər) olmağı fikirləşirəm, nə düşünürsüz?", - Mask yazıb.

O, yanvar ayında keçirdiyi konfransda daha bir neçə il "Tesla"nın rəhbəri olmağı hədəflədiyini bildirmişdi.

Qeyd edək ki, onun tvitləri xüsusilə kriptovalyuta bazarında böyük təsirə malikdir. Ötən ay Tvitter izləyicilərindən "Tesla"nın səhmlərinin 10 faizini satıb-satmayacağını soruşmuşdu, sonra təxminən 12 milyard dollar dəyərində səhmi satmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.