Dünya

ÜST: “Omikron” barədə nəticə çıxarmaq hələ tezdir

6 Dekabr 2021 21:20
0 Şərh     Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı "Omikron" ştammının koronavirusun daha ağır forması ilə nəticələnməsinə dair fikir yürütməyin hələ tez olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təşkilatın eksperti Maria van Kerkhovenin izah edib ki, yeni ştammın xəstəlikdən tam sağalmaya qədər bütün mərhələlərdən keçməsi üçün vaxt tələb olunur.

Onun sözlərinə görə, ilkin məlumatlar göstərir ki, koronavirusun "Omikron" ştammı ilə yoluxmuş şəxslər COVID-19-u daha yüngül formada keçirir, lakin bununla bağlı yekun nəticə çıxarmaq hələ tezdir.

Qeyd edək ki, bu günə qədər 40-dan çox ölkədə "omikron" ştammı müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.