Dünya

Britaniyada nazirlərin tualetində kokain aşkarlanıb

5 Dekabr 2021 18:30
0 Şərh     Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya İcmalar Palatası parlamentdə kokain və digər qanunsuz maddələrin istifadəsinə dair dəlilləri araşdırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Məlumata görə, bir sıra yerlərdə kokain aşkarlanıb ki, oraya yalnız parlament vəsiqəsi olan şəxslər daxil ola bilər. Xüsusən də baş nazir Boris Consonun və daxili işlər naziri Priti Patelin şəxsi ofislərinin yanındakı tualetlərdə narkotikin izləri aşkar edilib.

Məsələ gələn həftə İcmalar Palatasında müzakirə olunacaq.

Narkotik maddələrin izlərinin aşkarlanması üçün parlamentdə xidməti itlərin sayının artırılması da təklif ediir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.