Dünya

Ərdoğanın mitinqində bombalı hücumun qarşısı son anda alınıb

4 Dekabr 2021 22:27
0 Şərh     Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirtdə keçirilən mitinqində polis məmurunun avtomobilinin altına qoyulan partlayıcı qurğu son anda zərərsizləşdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, partlayıcı qurğu istehkamçı qruplar tərəfindən Ərdoğanın çıxışına az qalmış məhv edilib.

Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Siirt ölkənin cənub-şərqində yerləşir. Türkiyə Prezidenti tərəfdarları qarşısında çıxış etmək üçün bu gün Siirtə gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.