Dünya

Misir XİN Azərbaycana başsağlığı verib

2 Dekabr 2021 22:26
0 Şərh     Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi (XİN) 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Bu barədə Misir XİN-in feysbuk səhifəsində paylaşılıb.

Paylaşımda deyilir:

"Misir Ərəb Respublikası insan itkisi və ağır xəsarətlərlə nəticələnən hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına dərin hüznlə başsağlığı verir. Həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq".

"Misir bu faciəli qəzada Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir", - paylaşımda vurğulanır.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər isə həlak olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.