Dünya

Zelenski: “Ukrayna müasir dronlar istehsal edən hərbi zavod tikəcək”

2 Dekabr 2021 09:12
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Vladimir Zelenski müasir dronların istehsalı üçün hərbi zavodun tikiləcəyini elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkədə ilk dəfə belə zavod yaradılacaq.

Onun sözlərinə görə, 30 ildə ilk dəfə olaraq təhlükəsizlik sektoru və bütün proqramların müdafiəsi üçün maliyyə vəsaiti 320 milyard qriveni keçəcək. Nəzərə alaq ki, 2018-ci ildə bu məbləğ 191,7 milyard qrivna olub.

"Bu vəsaitlər çərçivəsində biz ilk dəfə olaraq raket proqramını, Ukrayna donanmasının bərpası, Ukraynada kiberqoşunların yaradılması proqramını işə salırıq. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət ordusu üçün An-178 təyyarəsi hazırlanacaq. İlk dəfə Ukraynada müasir dronların istehsalı üçün hərbi zavodun tikintisinə başlayırıq", - deyə Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.