Dünya

Dünya çempionu tanışı ilə bir-birini güllələdi: İkisi də öldü

1 Dekabr 2021 11:42
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Atletika üzrə dünya çempionu Emmit Kinq Amerikanın Alabama ştatının Bessemerə şəhərində öldürülüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, Kinq tanışı Uilli Uellslə dava edib, nəticədə atışma başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, onlar tapançadan bir-birinə atəş açıblar. 60 yaşlı Uells polis gələnə qədər ölüb, 62 yaşlı Kinq isə daha sonra xəstəxanada keçinib.

1983-cü il Dünya Çempionatında Kinq 4 x 100 metr estafetdə qızıl və 100 metr məsafədə bürünc medal qazanıb. 1984 və 1988 Yay Olimpiya Oyunlarında ABŞ komandasının heyətində olub, lakin yarışlarda çıxış etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.