Hava

Azərbaycanda anomal hava şəraiti ilə bağlı RƏSMİ AÇIQLAMA

25 Dekabr 2019 15:21
5 Şərh     Baxış: 6 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin dekabr ayında Azərbaycanda hava anomal isti keçir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir: "Havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir".

U.Tağıyeva qeyd edib ki, son 20 ildə 2003-cü ilin 18 dekabr tarixində 22,5 dərəcə qeydə alınıb və bu da rekord göstəricidir: "Çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub. Əksər rayonlarda onların miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına (76-115%) yaxın olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.