Hava

İyulun 1-nə olan hava proqnozu

1 İyul 2011 02:00
Baxış: 7 578
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Bakıda gecə 19-21, gündüz 26-28° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 750 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65 faiz, gündüz 45-50 olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 16-21° isti, gündüz 31-36° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Dolu düşəcəyi ehtimalı var.
Temperatur gecə 11-16°, gündüz 19-24° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 18-22° isti, gündüz 28-33° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Dolu düşəcəyi ehtimalı var.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında davamlı xəzri küləyinin gətirdiyi sərinlik meteohəssas insanlar üçün əlverişli olsa da, iyulun 1-də gündüz küləyin daha güclü olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.