Hava

HAVA necə olacaq? - PROQNOZ

11 Noyabr 2022 12:21
Baxış: 2 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.