Oktyabrın 09-u səhərdən 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, qərb küləyi arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə 20-25 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
Milli.Az