Hava

38 dərəcəyədək yüksələcək - HAVA PROQNOZU

3 İyun 2022 12:46
0 Şərh     Baxış: 2 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.