Hava

Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

19 Dekabr 2021 13:06
2 Şərh     Baxış: 8 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi haqqında xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 20-si səhər cənub-qərb küləyinin 21-i səhər şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-18 m/s, arabir 20 m/s, yarımadanın bəzi yerlərində arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
21-i gecə və səhər saatlarında yağış yağacağı ehtimalı var.

Dekabrın 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 22-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 20-21-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.