Video
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyaca məşhur olan "Nənələr"imiz - VİDEO
13 Mart 2013 13:41
0 Şərh
Baxış: 3 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, zaman keçdikcə nənələrin bu obrazı beyinlərdən silindi. Nə yaxşı ki, hələ də layla çalıb, bayatı deyə bilən nənələrimiz var. Məsələn, Lənkəranda fəaliyyət göstərən "Nənələr" folklor ansamblında çalışan nənələr kimi. Onlar sadəcə yaddaşlarda gözəl və nəcib nənə kimi yox, həm də mədəniyyətimizə töhvələr vermiş ağbirçəklər kimi qalıblar.
"Nənələr" Lənkəran şəhərinin Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub. Qrupun ifasında Azərbaycan və talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", ""Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" mahnılarının adını çəkmək olar. Yeri gəlmişkən, onu da deyək ki, "Nənələr"imiz Rusiyanı Avroviziyada təmsil edən "Buranovskie Babuşki" qrupundan heç də geri qalmadıqlarını bildirirlər. Deyilər ki, musiqi qrupu olaraq ölkəmizi hətta beynəlxalq müsabiqələrdə təmsil etməyə hazırdırlar.
"Nənələr" adını ilk dəfə qrupa 1997-ci ildə Lənkəranda səfərdə olan ümummilli lider Heydər Əliyev təklif edib. İfaçılar bu gözəl təklifi dərhal qəbul edərək 1997-ci ildən etibarən "Nənələr" adı ilə daha çox məşhurluq qazanıblar. Qeyd edək ki, qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərirdi. Müxtəlif tədbirlərə və bayram şənliklərinə dəvət alan "Nənələr" qrupu daha çox özlərinin bir növ "vizit kartı" sayılan "Ay lolo" mahnısını ifa edirlər.
Ansamblın hal-hazırda 6 üzvü var. Qrupun ən yaşlı üzvünün 76, ən cavan üzvünün isə 52 yaşı var. Nənələr folklor qrupunun bədii rəhbəri Azad Kərimli çoxdandır ki, nənələrlə birgə fəaliyyət göstərir. Onların ölkə miqyaslı tədbirlərdə iştirakına yaxından köməklik göstərən bədii rəhbər ağbirçək nənələrimizə hər zaman dəstəkdir.
Azad Kərimli bildirdi ki, nənələr folklor qrupu ölkəmizdə olduğu kimi, xaricdə yaşayan soydaşlarımız qarşısında konsert proqramı ilə çıxış ediblər. Buna Moskva və İstanbul şəhərlərinə nənələrimizin etdiyi səfərləri misal gətirmək olar. Qeyd edək ki, 2015-ci ildə
Latviya və Avstriyada konsert olacaq. "Nənələr" folklor qrupu da konsertə dəvət olunub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
XƏBƏR LENTİ
-
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var