Türkiyə

Ərdoğan xəstə erməniyə Türkiyədə yaşamaq hüququ verdi

26 Aprel 2010 16:40
Baxış: 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, İstanbulun polis rəisi Hüseyn Çapkın baş nazir Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə "Moya-moya" xəstəliyindən (xroniki beyin xəstəliyi) əziyyət çəkən Artur Manukyana müalicə olunması üçün 5 il müddətinə yaşamaq hüququnun verildiyini açılayıb. Artur Manukyanla bərabər anası Hasmin Manukyan da həmin müddətdə Türkiyədə yaşaya biləcək.

Erməni ana-bala bu gün Miqrasiya şöbəsinin müdiri Əli Çelen tərəfindən qəbul edilib. İstanbulun polis rəisi Hüseyn Çapkın jurnalistlərə açıqlamasında deyib ki, Artur Manukyan ağır xəstədir və Türkiyədə müalicəsinə ehtiyac var: "Türkiyə səhiyyəsinin imkanları buna imkan verir. Artur Manukyana anası qulluq edir. Ona görə də onların Türkiyədə qalması lazım idi. Hörmətli baş nazirimizin təlimatı ilə onlara ən uzun müddətə - 5 il yaşamaq hüququ veririk".

Hüseyn Çapkın onu da deyib ki, erməni ana və oğula vətəndaşlıq verilməsi prosesinə də başlanılıb: "Onlardan Türkiyə vətəndaşı olmağı istəyib-istəmədiklərini soruşduq. Onlar buna razılıq verdilər. Müraciətlərini almışıq".

Qeyd edək ki, Artur Manukyan Türkiyədə adını da dəyişib və Aydın Artur Manukyan olub. Ona Türkiyə vətəndaşlığının verilməsini Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından millət vəkili Canan Arıtman baş nazir Rəcəb Tayyib Ərdoğandan ötən şənbə xahiş etmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.