Türkiyə

Kılıçdaroğlu Özgür Özeldən TBMM-ə ŞİKAYƏT ETDİ

27 May 2026 09:53
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məhkəmə qərarı ilə yenidən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna qayıdan Kamal Kılıçdaroğlu partiya daxilində radikal addımlar atmağa başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  CHP lideri Özgür Özelin CHP qrup sədrliyinin ləğv edilməsi məqsədilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə rəsmi müraciət ünvanlayıb.

Kılıçdaroğlu müraciətində Özgür Özelin parlamentdəki qrup sədrliyi səlahiyyətlərinin ləğvini tələb edib. Bu addım partiya daxilində Kılıçdaroğlu və Özəl tərəfdarları arasında siyasi gərginliyi yenidən pik həddə çatdırıb.

Qeyd edək ki, mayın 23-də CHP-nin keçirilən fövqəladə iclasında səsvermə baş tutmuş və Özgür Özel 93 səs toplayaraq partiyanın TBMM-dəki qrup sədri seçilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.