Türkiyə

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

28 Mart 2026 18:10
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə islah müəssisəsinin qadın müdiri öldürülüb.

Milli.Az yerli mediaya istinadla bildirir ki, hadisə Aydın vilayətinin Nazilli qəsəbəsində baş varib.

İslah müəssisəsinin müdiri olan Hayal Alkış yaşadığı evdə ölü halda tapılıb. Onun bədənində zorakılıq əlamətləri aşkar olunub. Araşdırma zamanı onun həmin müəssisənin digər əməkdaşı olan 3 uşaq atası S.V. tərəfindən öldürüldüyü üzə çıxıb.

S.V. saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, Hayal Alkış bir müddət əvvəl ərindən boşanıb. Onun ölümü qadınla əlaqə saxlaya bilməyən yaxınlarının polisə müraciət etmələri nəticəsində məlum olub. (Lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.