Hadisə

Biləsuvarda motosiklet aşdı - xəsarət alanlar var

28 Mart 2026 18:17
Baxış: 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Bayramov Elnur Mehman oğlunun motosikleti idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və motosikletdə olan 1979-cu il təvəllüdlü Matıyev Samir Tapdıq oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.

Yaralılara ilkin tibbi yardım göstərilib. E. Bayramovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması və çoxsaylı qabırğa sınıqları alan S. Matıyevin isə müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

Qeyd edək ki, xəsarət alan şəxslər rayonun Aranlı kənd sakinləridir və qonşudurlar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.