Hadisə

15 ədəd ağacı kəsildi - Cinayət işi başlanıldı

28 Mart 2026 15:48
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuzda ağacların kəsilməsinə görə polis cinayət işi başlayıb.

Milli.Az xəbər verir ki, Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Xaçmaz kənd sakini, 21 yaşlı Nicat Süleymanov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir./Apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.