Türkiyədə islah müəssisəsinin qadın müdiri öldürülüb.
Milli.Az yerli mediaya istinadla bildirir ki, hadisə Aydın vilayətinin Nazilli qəsəbəsində baş varib.
İslah müəssisəsinin müdiri olan Hayal Alkış yaşadığı evdə ölü halda tapılıb. Onun bədənində zorakılıq əlamətləri aşkar olunub. Araşdırma zamanı onun həmin müəssisənin digər əməkdaşı olan 3 uşaq atası S.V. tərəfindən öldürüldüyü üzə çıxıb.
S.V. saxlanılıb və faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, Hayal Alkış bir müddət əvvəl ərindən boşanıb. Onun ölümü qadınla əlaqə saxlaya bilməyən yaxınlarının polisə müraciət etmələri nəticəsində məlum olub. (Lent.az)
Milli.Az