Türkiyə

Ankarada vəzifəli şəxslərin olduğu təyyarənin qalıqları tapıldı - YENİLƏNİB - VİDEO - FOTO

23 Dekabr 2025 23:35
Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzanın səbəbi müəyyənləşdi.

Məlum olub ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra göyərtədə elektrik nasazlığı yaranıb. Pilotlar yaranmış nasazlıq barədə dispetçer məntəqəsinə (qülləyə) məlumat verərək geri dönməyə çalışıblar. Lakin təyyarə Esenboğa Hava Limanına çata bilməyib və Haymana rayonu ərazisində yerə çırpılıb.
--------

Ankara Esenboğa Hava Limanından Liviyanın paytaxtı Trablusa getmək üçün havaya qalxan "Falcon 50" tipli özəl biznes təyyarəsinin qəzaya uğradığı məlum olub. Bir müddət radar əlaqəsi kəsilən təyyarənin qalıqları artıq aşkar edilib.

Milli.Az xəbər verir ki, axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını Ankaraya yaxın Haymana rayonu ərazisində tapıblar. Xatırladaq ki, təyyarə ilə son əlaqə də məhz bu bölgədə kəsilmişdi.

Təyyarədəki sərnişinlərin kimliyi dəqiqləşib. Məlumata görə, qəzaya uğrayan təyyarədə Liviyanın Baş Qərargah rəisi də daxil olmaqla cəmi 5 nəfər olub. Onların taleyi barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

Ankara Esenboğa Hava Limanında uçuşlar dayandırılıb və təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Hava limanına enməli olan sərnişin təyyarələri Kayseri Hava Limanına və digər ehtiyat aeroportlara istiqamətləndirilib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.