Türkiyə

İmamoğlunun məhkəməsində əlbəyaxa dava - FOTO

20 Oktyabr 2025 15:12
Baxış: 619
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu "rəsmi sənədləri saxtalaşdırmaq" ittihamı ilə 8 il 9 aya qədər həbs cəzası tələbi ilə yenidən məhkəmə qarşısına çıxıb.

Milli.Az xəbər verir ki, Silivridə keçirilən iclasdan əvvəl məhkəmə salonuna girməyə çalışan izdihamla jandarma arasında əlbəyaxa dava baş verib. Gərginlikdən sonra İmamoğlu və vəkilləri iclasa qatılmamaq qərarı veriblər.

Hakim isə İmamoğlunun məhkəmə zalına gətirilməsi barədə göstəriş verib. Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib, zalın girişləri müvəqqəti bağlanıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.