Dünya

Zemfira Paşinyanın bu VİDEOsundan sonra konsert verməkdən imtina etdi

20 Oktyabr 2025 16:17
Baxış: 688
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyalı müğənni Zemfira (əsl adı Zemfira Ramazanova) Ermənistana konsert turuna getməkdən imtina edib.

Milli.Az xəbər verir ki, bu barədə "Mash" kanalı öz mənbəyinə istinadən məlumat yayıb.

Buna səbəb onun həbs olunmaq qorxusu olub.

"Mash"ın məlumatına görə, yerli tədbir təşkilatçıları Zemfiranı İrəvanda böyük bir konsertə dəvət etməyi planlaşdırırdılar. Onların ideyası Ermənistan baş naziri Nikol Paşinyanın Zemfiranın mahnısını kədərlə dinlədiyi və viral olan videodan sonra yaranıb. Təşkilatçılar bu videonun populyarlığından yararlanmaq, müğənnini həm İrəvanda, həm də korporativ tədbirlərdə çıxış etməyə razı salmaq istəyirdilər.

Zemfiraya ifalarına görə 20 milyon rubl təklif edilib, hətta daha yüksək məbləğlər də müzakirə olunub.

Lakin müğənni təklifi qəti şəkildə rədd edib. Səbəb kimi onun Rusiya hakimiyyətini açıq şəkildə tənqid etməsi, eləcə də Ukraynanı dəstəkləməsi göstərilir. 

Qeyd edək ki, Zemfira Rusiya tərəfindən "xarici agent" kimi tanınıb və uzun müddətdir ölkədən kənarda yaşayır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.