Türkiyə

Falçı və astroloqlara PİS XƏBƏR: onlar da vergi ödəyəcəklər

19 Mart 2025 12:28
Baxış: 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi əsasən sosial mediada fal, astrologiya və ulduz xəritəsi kimi bir çox sahədə xidmət göstərənlərə qarşı tədbir görüb.

Milli.Az  xəbər verir ki, yeni qaydalara görə, artıq bu şəxslər də qazanclarına görə vergi ödəyəcəklər.

Həmin şəxslərin üzbəüz, telefon və sms vasitəsilə xidmət göstərdikləri hər seans üçün ödəniş aldıqları müəyyən edilib.

Artan fəaliyyətlər və 1,8 milyard lirə qeydiyyatsız gəlirin aşkarlanmasından sonra nazirlik hərəkətə keçib.

Həmçinin, Xəzinə və Maliyyə Nazirliyinin qeydiyatda olmayan bütün gəlirlərə qarşı mübarizəni davam etdirdiyi bildirilib. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.