Bakıda xadimə müdiri döydü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Zəminə Səlimovanın (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Milli.Az xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, Z.Səlimova 1 il 1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttiham aktına əsasən, hadisə 17 aprel 2025-ci il tarixdə, saat 9 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 1A ünvanında fəaliyyət göstərən marketin qarşısında qeydə alınıb.
Belə ki, Zəminə Səlimova qeyd olunan marketin qarşısında toplanmış zibillərin guya market işçiləri tərəfindən yığıldığını iddia edərək, həmin obyektin müdiri, zərərçəkmiş Lamiyə Quluzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə zor tətbiq edərək, sol əli ilə onun sağ əl barmaqlarından tutub burub. Nəticədə Lamiyənin sağ əl IV barmağının proksimal falanqasının yerini dəyişən qapalı sınığı yaranıb.
Hadisədən sonra Zəminə Səlimova saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Məhkəmə istintaqı zamanı dindirilən Zəminə Səlimova özünü təqsirli bilməyərək deyib ki, sözügedən ərazidə fəaliyyət göstərən "Buta" aptekində xadimə işləyir və yaxınlıqda həmin market fəaliyyət göstərir.
O söyləyib ki, hadisə günü işlədiyi aptekin içərisini və çöl tərəfini təmizlədikdən sonra evə gedib:
"Səhəri gün işə gəldikdə isə marketin qarşısında zibilin yığıldığını gördüm. Bununla bağlı marketin müdiriyyətinə dəfələrlə müraciət etsəm də, nəticə əldə edə bilmədim. Aptekin müdiri məni danladı, bundan sonra marketə gedərək işçilərindən xahiş etdim ki, zibillərini obyektin çölünə atmasınlar. Lakin satıcı qız cavabında söylədi ki, marketin önünü təmizləyiblər. Bu mübahisə zamanı Lamiyə gəldi, qapını bağladı və sözümü deməyə imkan vermədi. Qapı açıldıqda Lamiyə məni vurdu, onu itələməyim barmağının sınmasına səbəb oldu".
Təqsirləndirilən şəxs özünü qorumaq məqsədilə hərəkət etdiyini bildirib:
"Hadisə zamanı nalayiq söz işlətməmişəm və digər şəxslərin adlarını da xatırlamıram. (pravda.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"





