Türkiyədə polis tərəfindən daha bir genişmiqyaslı əməliyyat həyata keçirilib.
Milli.Az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Sezgin Baran Korkmaz, Cihan Ekşioğlu, Çağlar Şendil, Melike Yüksel, Sinan Görkem Gökçe, Şaban Kayıkçı və Altan Keksin barəsində saxlanma qərarı verilib.
Onlar çirkli pulların yuyulmasında ittiham edilir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə məşhur simalar narkotik maddədən istifadə şübhəsi ilə saxlanılaraq ifadələri alınıb.
İsmayıl
Milli.Az