Türkiyə

Ərdoğanın Tuska hədiyyəsi - FOTO

13 Mart 2025 08:51
Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın Baş naziri Donald Tusk Türkiyədə rəsmi səfərdədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu iqamətgahında rəsmi mərasimlə qarşılayıb.

Mərasimdən sonra Ərdoğan və Tusk arasında ikitərəfli görüş keçirilib. Daha sonra rəsmilər mətbuata birgə açıqlamalar veriblər.

Tusk sosial media hesabında Ərdoğanın ona verdiyi 280 illik hədiyyəni paylaşaraq bu sözləri yazıb:

"Rəcəb Tayyib Ərdoğan, bu hədiyyəyə görə təşəkkür edirəm. 1745-ci ildə Polşadan Osmanlı baş vəzirinə yazılmış məktub. Ölkələrimiz arasında sülh və dostluq simvolu. Hələ də qüvvədədir".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.