Hadisə

Arı sancan kişi öldü

2 İyul 2025 10:16
Baxış: 1 651
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Denizli vilayətində arı sancması bir nəfərin ölümünə səbəb olub.

Hadisə Pamukkale rayonunun Karataş məhəlləsində baş verib. Məlumata görə 55 yaşlı Hüseyn Karataşı arı sancıb və o, qəfil huşunu itirib.

Yaxınlarının çağırışı ilə hadisə yerinə təcili yardım gəlib və Karataş xəstəxanaya aparılıb.

Onun arı allergiyası olduğu və bu səbəbdən anafilaktik şoka düşdüyü bildirilib.

Üç gün reanimasiyada qalan Hüseyn Karataş həyatını itirib. O, Bağbaşı qəbiristanlığında torpağa tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.